Azərbaycanda koronavirusa yoluxanların sayı azaldıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, 1 803 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890, bu günə qədər isə ümumilikdə 878 667 test icra olunub.