Azərbaycanda koronavirusdan sağalanların sayı 3 022-ə çatdıbackend

Azərbaycanda koronavirusdan sağalanların sayı 3 022-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırkı dövrədək Azərbaycanda 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

NOCOMMENT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat etmiş, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.