Azərbaycanda koronavirusdan sağalanların sayı 3,5 mini ötdübackend

Azərbaycanda koronavirusdan sağalanların sayı 3,5 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, bu günədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.