NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, bu günə Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2054-dür.
Eyni zamanda reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 13-dür.
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.