Azərbaycanda koronavirusla bağlı yazılmış cərimələr silinəcək?backend

Azərbaycanda koronavirusla bağlı yazılmış cərimələr silinəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin bağışlanılması ilə bağlı qərar qəbul edib.

Azərbaycanda da karantin cərimələrinin silinməsi ilə bağlı müəyyən təkliflər var.

NOCOMMENT xəbər verir ki, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məsələ ilə bağlı fikirlərini yenisabah-la bölüşüb: “Koronavirus 2 ildir bütün dünyada tüğyan edir. Vəziyyət doğrudan da çox gərgindir. Lakin hələ də maska taxmayan, qaydalara riayət etməyən şəxslər var ki, digər insanların hüquqlarını pozurlar. Bu məsələ insanların şəxsi mədəniyyətindən asılıdır.

Cərimə olunub-olunmamaq isə hüquqi məsələdir. Cərimə insanları virusdan qorumağın bir növüdür. Maska taxmayıb yanındakı insanlara hörmət etmirsən, eyni zamanada onları virusa yoluxdurma ehtimalın var. Bu vəziyyətdə cərimə olunmaq normaldır.

İnsanlar başa düşməlidir ki, maska bir-birimizi qorumağımız üçündür. Bu səbəbdən cərimələrin silinməsini gündəmə gətirmək lazım deyil.

Doğrudur, cərimələrdən istifadə edib, qazanc əldə edənlər var. Bu artıq başqa məsələdir”.