Azərbaycanda koronaviruslu həkimin işə getdiyi aşkarlanıbbackend

Azərbaycanda koronaviruslu həkimin işə getdiyi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

NOCOMMENT xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan report-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

H.Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayadırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.