Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? – AÇIQLAMAbackend

Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda təhsil müəssisələri və orada təhsil alanların sayı artdıqca, tıxac problemi daha da aktuallaşır.

Maraqlıdır, məktəblərdə, ali təhsil müəssisələrində dərslərin başlama saatı dəyişdirilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirdi ki, xüsusilə məktəb və universitetlərin açılması paytaxtın nəqliyyat infrastrukturuna ciddi təsir göstərir.

Onun sözlərinə görə, statistik göstəricilər də sözügedən vəziyyəti daha aydın şəkildə təsvir edir:

“Belə ki, paytaxtda 320-dən çox orta məktəb və 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib. Digər tərəfdən, Bakı şəhərində orta təhsil alan şagirdlərin sayı təxminən 500 mindən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı isə 150 mindən artıqdır.Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır. Bu da tıxac probleminin dərinləşməsinə səbəb olur”.

Ekspert qeyd etdi ki, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır:

“Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20 Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxac pik vəziyyətdə olur. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir”.