Azərbaycanda məktəblər bağlanır? – Nazirlikdən açıqlamabackend

Azərbaycanda məktəblər bağlanır? – Nazirlikdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

Bu barədə NOCOMMENT-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, hava şəraiti dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib: “Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı rəsmi qərar verilməyib”.