Azərbaycanda məmur koronavirusdan öldübackend

Azərbaycanda məmur koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.