Azərbaycanda metro bu tarixdən işləyəcək – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda metro bu tarixdən işləyəcək – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə gündə Azərbaycanda yoluxanların sayı kəskin azalıb. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını artırır. Hətta yanvarın 18-də metronun fəaliyyətə başlayacağı ilə bağlı iddialar da var.

NOCOMMENT xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib: “Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb.

Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-də metro yenidən öz fəaliyyətinə başlayacaq”.