Azərbaycanda  milli matəm elan olunması gözlənilir?backend

Azərbaycanda milli matəm elan olunması gözlənilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycanda da matəm elan edilməsi mümkündür. Məncə, bu, lazımdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

F. Mustafa söyləyib ki, ola bilsin ki, xilasetmə işlərinin sonunda belə bir qərar verilsin:

“Çünki Türkiyənin özündə də hələlik 1 həftəlik yas elan olundu. Lakin bu, hansı formada Türkiyədə tətbiq olunacaq, onu söyləmək çətindir. Hər halda bizdə, ola bilsin ki, hazırda yardım kampaniyalarının keçirilməsinə üstünlük verilir ki, bunlar tamamlanandan sonra bu barədə hər hansı bir şey düşünülə bilər”.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və Gaziantep vilayətlərində baş verən zəlzələylə əlaqədar Albaniya və Şimali Makedoniya hökumətləri milli matəm elan edib.