Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVAbackend

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 17:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, leysan xarakterli yağış yağır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.