Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? – SİYAHIbackend

Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illərdir ki, abituriyentlərimiz arasında hüquqşünas olmaq istəyi səngimir. Hazırda tələbə qəbulunda və pullu təhsildə ən sırada dayanan iki ixtisasdan biri hüquqşünas ixtisasıdır. Səbəb aydın olsa da, maraqlıdır.

Bəs hüquqşünaslarımız ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında və idarəçilik sistemində çoxmu yer tutur?

NOCOMMENT xəbər verir ki, bizim.media bununla bağlı araşdırma aparıb.

Bəlli olub ki, Ali dövlət idarəetmə sistemində kifayət qədər hüquqşünas çalışır. Hətta 17 nazirdən və 14 Dövlət Komitəsi sədrindən 10-u ixtisasca hüquqşünasdır.

1. Vilayət Eyvazov – daxili işlər naziri.

2. Fikrət Məmmədov – ədliyyə naziri.

3. Kamran Əliyev – Baş prokuror

4. Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri.

5. Ceyhun Bayramov – xarici işlər naziri.

6. Mikayıl Cabbarov – iqtisadiyyat naziri.

7. İnam Kərimov – kənd təsərrüfatı naziri.

8. Samir Şərifov – maliyyə naziri.

9. Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə DK-nın sədri.

10. Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DK-nın sədri.