Azərbaycanda nikah və boşanmalara dair YENİ STATİSTİKAbackend

Azərbaycanda nikah və boşanmalara dair YENİ STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.

Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.