Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarina üstünlük verilir? – ARAŞDIRMA – VİDEObackend

Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarina üstünlük verilir? – ARAŞDIRMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb.

Həkim Elnurə Mustafayeva deyir ki, hamiləliyin qeysəriyyə əməliyyatı ilə sonlandırılmasının səbəbləri müxtəlif ola bilər.

Elnurə Mustafayeva deyir ki, tibb elminin inkişafı ilə əvvəlki illərdə təsbit olunmayan xəstəliklərin üzə çıxarılması da bir çox hallarda qeysəriyyə əməliyyatına göstəriş yaradır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, körpənin qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirilməsinə ancaq tibbi göstəriş olduğu halda icazə verilir. Bu əməliyyatı qeyri-qanuni yolla həyata keçirənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.