Azərbaycanda olan tolerant münasibət dünyanın ən aparıcı ölkələrinə nümunə ola bilərbackend

Azərbaycanda olan tolerant münasibət dünyanın ən aparıcı ölkələrinə nümunə ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

18 iyul 2023-cü il tarixində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ölkə prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlmişdir.

Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlandı. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirildi.

Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması, qarşlıqlı konsulluqların açılması və digər məsələlərlə bağlı razılıq əldə edilmişdir.

Azərbaycanda yaşayan kürdlər də bu əlaqələrin genişlənməsindən çox məmnundurlar. Azərbaycanda yaşayan kürdlərin rəsmi qurumu olan “Ronahi” Kürd mədəniyyət mərkəzinin sədri Zabit Məmmədov Neçirvan Bərzaninin Azərbaycana rəsmi səfərini yüksək qiymətləndirərək, ölkələrimiz arasında dostluq qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətindən danışdı.

O, bildirdi ki, Azərbaycanda yaradılmış multikultural dəyərlərə olan tolerant münasibət dünyanın ən aparıcı ölkələrinə nümunə ola bilər. Eyni zamanda İraq Kürdüstan Regionu ilə Azərbaycanın əməkdaşlığı da bu münasibətlərin inkişafında müstəsna rol oynayır.               

“Ronahi” Kürd mədəniyyət mərkəzinin sədrinin müavini Emin Xanlarov Neçirvan Bərzaninin Azərbaycana səfərini iqtisadi tərəflərini vurğulayaraq İraq Kürdüstan Regionu ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin hər iki dövlətə çox xeyirli olacağını bildirdi.

“Ronahi” Kürd mədəniyyət mərkəzinin sədr müavini Paşa Həsənov da bu səfərdən çox razı qaldığını bildirdi və birbaşa təyyarə reyslərinin açılmasının əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğuladı.