Azərbaycanda ölüm hökmü bərpa oluna bilər? – AÇIQLAMAbackend

Azərbaycanda ölüm hökmü bərpa oluna bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkəmizdə baş verən bir sıra dəhşətli cinayətlər sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirəyə səbəb olub. Bəzi insanlar bu kimi halların qarşısını almaq üçün ölüm cəzasının bərpa edilməsini təkif edir.

Maraqlıdır, 1998-ci ildə ləğv edilən ölüm cəzası yenidən tədbiq edilə bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az danışan politoloq Qabil Hüseynli deyib ki, hazırda dünyada ağır cinayətlərə görə İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan kimi bir çox ölkədə ölüm cəzası qalmaqdadır:

“Ölüm cəzasının gündəmə gəlməsi bir çoxlarına görə demokratik dəyərlərə xəyanət deməkdir. Halbuki ABŞ kimi demokratik bir ölkədə belə bu gün ölüm cəzası mövcuddur. Yəni ilk öncə bunu dərk etməliyik ki, ölüm cəzası demokratiya göstəricisi deyil. O ki qaldı son günlər cəmiyyətdə baş verən dəhşətli hadisələrə deyə bilərəm ki, bu məsələ həqiqətdə ciddi problemə çevrilib. Bununla belə düşünmürəm ki, bu kimi halların qarşısını almaq üçün ölüm cəzasının yenidən qüvvəyə minməsi zəruridir.

Başda ABŞ olmaqla ölüm cəzasının qüvvədə olduğu ölkələrdə bu cəza növünün heç də hər zaman dəqiq şəkildə icra edilmir. Bundan başqa, 21-ci əsir üçün ölüm cəzası artıq köhnəlib. Hesab edirəm daha effektiv üsullara ehtiyac var. Bu gün cinayətlərin minimum olduğu ölkələrin təcrübəsindən faydalana bilərik”.