Azərbaycanda Omikron şoku: Ölkə qapanmaya gedir? – Mühüm AÇIQLAMAbackend

Azərbaycanda Omikron şoku: Ölkə qapanmaya gedir? – Mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusun Omikron ştamının aşkarlandığını bəyan edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bir çoxları ötən ilin sonundan əhali arasında geniş yayılmış boğaz ağrısı və yüksək hərarətlə müşayiət olunan xəstəliyin məhz Omikron olduğu düşüncəsindədir. Səhiyyə Nazirliyi rəsmiləri bunun əksini desələr də, qeyd olunan halın mövsümi qrip olduğunu bildiriblər.

Əsas məsələ, Omikronun aşkarlanması hansısa yeni məhdudiyyətlər, yaxud qapanmaya səbəb ola bilərmi?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan həkim-terapevt Rasif Bağırov bu ştamın Deltadan daha zəif olduğunu bildirib: “Omikron ştamının Azərbaycanda tapılması elə də ciddi problem deyil. Yaxın günlərdə Avropa ölkələri onun tam klinikası ilə məşğul oldular və məlumat verildi ki, Delta ştamı Omikrondan daha güclü və daha qorxuludur. Ona görə də, Omikronun adına qapanma fikirləşməyin heç bir mənası yoxdur.

Əgər bu ştam Deltadan zəifdirsə, pis mənada ziyanı yoxdursa, qapanmaya getmək nəyə lazım olsun?! Biz Deltanı belə, açıq şəraitdə yola verdik”.

Həkimin sözlərinə görə, Omikrondan qorunmaq üçün insanlar qaydalara ciddi riayət etməlidirlər: “Bu ştamdan qorunmaq üçün köhnə qaydalara əvvəlki kimi riayət etməliyik. Mütləq maska taxmalı, ara məsafəni qorumalı, gigiyena qaydalarına əməl etməliyik. Koronavirus zəifləməyə doğru gedir, amma pandemiya bitməyənə qədər məhdudiyyətlər davam edəcək. Omikronun sadəcə gurultulu adı var, boş və mənasız bir şeydir”.