Azərbaycanda orqan köçürülməsindən ana olan qadınların sayı açıqlandıbackend

Azərbaycanda orqan köçürülməsindən ana olan qadınların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son 10 ildə böyrək və qaraciyər transplantasiyası icra olunmuş 38 qadın sağlam uşaq dünyaya gətirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədəa Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.

Onun sözlərinə görə, həmin qadınlar və övladları hazırda sağlam şəkildə həyatlarına davam edirlər:

“Sözügedən dövrdə 20 böyrək transplantasiya icra edilmiş qadın 21 uşaq dünyaya gətirib. Sözügedən transplantasiya əməliyyatından sonra üç qadının hər biri dünyaya üç sağlam uşaq gətirib. Bir nəfərin isə əkiz uşağı doğulub. Bununla yanaşı 18 qadına qaraciyər transplantasiyası icra olunub və onların hər biri ana olub. Qaraciyər transplantasiyası icra edilmiş qadınlardan biri isə üç uşaq dünyaya gətirib”.

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. (“Report”)