Azərbaycanda orta aylıq əməkhaqqı apreldə azalıbbackend

Azərbaycanda orta aylıq əməkhaqqı apreldə azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən NOCOMMENT.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bununla belə, yanvar-mart aylarının yekununa nisbətən ölkədə maaşların orta həddi 1,1% azalıb.