Azərbaycanda orta aylıq əməkhaqqının nə qədər olduğu AÇIQLANDIbackend

Azərbaycanda orta aylıq əməkhaqqının nə qədər olduğu AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 722 manat 30 qəpik olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 manat 90 qəpik azalıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736 manat 20 qəpik olub.

Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Yanvar – 690,9 manat
Yanvar-Fevral – 692,3 manat
Yanvar-Mart – 713,2 manat
Yanvar-Aprel – 722,3 manat