Azərbaycanda orta aylıq maaşı çox olan sahələr – SİYAHIbackend

Azərbaycanda orta aylıq maaşı çox olan sahələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 14 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olub.

İqtisadiyyatın orta aylıq nominal əməkhaqqı daha yüksək olan sahələri aşağıdakılardı:
mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində.