Azərbaycanda ötən il quduzluqdan ölənlərin sayı AÇIQLANDIbackend

Azərbaycanda ötən il quduzluqdan ölənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə ayrı–ayrı infeksion xəstəliklərlə qeydə alınmış xəstələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, ötən il digər salmonellyoz infeksiyalarına 359 nəfər, qarayara xəstəliyinə 34 nəfər, brüselyoz xəstəliyinə 551 nəfər, quduzluğa 5 nəfər tutulub.

Salmonellyoza yoluxanlardan 219 nəfəri kişi, 140 nəfəri qadın, qarayaraya yoluxanlardan 24-ü kişi, 10-u qadın, brüselyoza yoluxanlardan 386-sı kişi, 16-i qadın, quduzluğa tutulanlardan 4-ü kişi, 1-i isə qadın olub.

Qeyd olunub ki, 2019-cu ildə salmonellyoz xəstəliyindən 1 nəfər, quduzluqdan 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfər ölüb. Bildirilib ki, ötən il malyariya, qarayara və brüselyoz xəstəliklərindən ölüm halı baş verməyib.

Qeyd edək ki, 2013-cü ildən ölkədə malyariya xəstəliyinə yoluxma halı qeydə alınmayıb.