Azərbaycanda pensiyaçıların sayı azalıb – STATİSTİKAbackend

Azərbaycanda pensiyaçıların sayı azalıb – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni hesabat yayıb.

NOCOMMENT.az novator.az-a istinadən bildirir ki, rəsmi məlumata əsasən, 2021-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 205,4 min nəfər pensiyaçı qeydə alınıb, onların 709,9 min nəfərinə yaşa görə, 352,9 min nəfərinə əlilliyə görə, 142,6 min nəfərinə ailə başçısını itirməyə görə pensiya verilib.

Bütün növ pensiyaların orta məbləği 329 manat göstərilir.

Ölkədə minimum pensiya 200 manat, aylıq pensiyanın orta məbləği 328,8 manatdır.

Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.