Pensiyalar artıq əvvəlki tarixlərdə ödənilmir. Vətəndaşlar iddia edirlər ki, son aylarda aldıqları pensiya əvvəlki dövrlərə nisbətən daha tez köçür.
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, pensiyaların vaxtından gec verilməsi bütün xərclərini pensiyadan aldığı pul ilə qarşılayan şəxslər üçün ciddi problemlər yaradır.
Millət vəkilinin sözlərinə görə, pensiyaların ödəniləcəyi tarix qrafikinə yenidən baxılmasına ehtiyac var.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, pensiyaların ödənilmə tarixində heç bir gecikmə halı müşahidə olunmayıb.