Azərbaycanda peşə təhsili müəssisələrində dərslərin əyani başlama tarixi müəyyən olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında qeyd edilib ki, qısamüddətli kurslar üzrə oktyabrın 1-dən, peşə təhsilinin bütün səviyyələri üzrə isə oktyabrın 15-dən dərslər başlayacaq.