Azərbaycanda bu gün 13 107 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 739 153 nəfər təşkil edir.