Azərbaycanda polislərin təhsil səviyyəsi aşağıdır – Deputatbackend

Azərbaycanda polislərin təhsil səviyyəsi aşağıdır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır”.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Ona görə də hərbidə olduğu kimi polis kollecləri yaradılmalı, bununla bərabər polis olmaq istəyənlər testlə qəbul olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”, – o qeyd edib.

Deputat eyni zamanda digər hesabatların da komitələrdə müzakirə edilməli olduğunu vurğulayıb:

“İnsan alverinə dair və bu kimi digər hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir. Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir”.