Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldıbackend

Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

VK-dan NOCOMMENT-ə verilən məlumata görə, vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.

Bundan başqa, Baş Prokurorluğun vəkillər – Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.