Azərbaycanda qaz və işıq limiti ilə bağlı əhaliyə VACİB XƏBƏR – Ləğv olunur?backend

Azərbaycanda qaz və işıq limiti ilə bağlı əhaliyə VACİB XƏBƏR – Ləğv olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.,

NOCOMMENT.az referans-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.

Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:

“Qaz və elektrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq”.