Azərbaycanda qoyunlar sığortalanacaq — RƏSMİbackend

Azərbaycanda qoyunlar sığortalanacaq — RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.

NOCOMMENT.az xəbər verir ki, bu, Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib.

Beləliklə, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq.

Eyni zamanda sığortalanan iribuynuzlu mal-qaranın əhatə dairəsi də genişlənib. İndiyə qədər 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar aqrar sığorta predmeti olub. Dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.