Azərbaycanda quzu əti də bahalaşdı – VİDEObackend

Azərbaycanda quzu əti də bahalaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quzu ətinin qiyməti bahalaşıb. Artım daha çox 8-11 kiloqramlıq əmlik quzu ətində özünü göstərir.

NOCOMMENT.az-ın məlumatına görə, satıcılar deyirlər ki, indi 1 kiloqram əmlik quzu əti 17 manatadır.

Çəkisi 14 kiloqramdan ağır olan quzu ətinin qiyməti isə nisbətən aşağıdır.

Satıcıların sözlərinə görə, ölkədə quzu qıtlığı var. Üstəlik, bütün sahələrdə baş verən bahalaşma də quzu ətinin qiymətinə təsir edib.

Qeyd edək ki, qiymətlərin hələlik ucuzlaşacağı gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: