Azərbaycanda reanimasiyada olan xəstələrin sayı AZALDIbackend

Azərbaycanda reanimasiyada olan xəstələrin sayı AZALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki ,bu gün 6 422 test edilib, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar isə ümumilikdə 898 492 test aparılıb.

Məlumata əsasən hazırda ölkədə 1 956 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 148 nəfər reanimasiyada, 17 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd edək ki, bu gün 137 koronavirusa yoluxma faktı qeydə alınıb, 83 nəfər sağalıb, 2 nəfər isə həyatını itirib.