Azərbaycanda redaktoru güllələyib öldürən dayıoğlu ələ keçdibackend

Azərbaycanda redaktoru güllələyib öldürən dayıoğlu ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Alıyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl B.Alıyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləsi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Alıyevin bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.