Azərbaycanda sahibkarlara kömək məqsədilə tədbirlər planı hazırlanıbbackend

Azərbaycanda sahibkarlara kömək məqsədilə tədbirlər planı hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sahibkarlara kömək məqsədilə tədbirlər planı hazırlanıb.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

“Başa vurmaqda olduğumuz il də sosialyönümlü büdcə siyasəti, əhalinin  maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdardır. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı  konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir”, – M.Musayev qeyd edib.

Onun sözlərinə görə, Konfederasiya bu işdə fəallıq göstərərək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı hazırlayıb və hazırda onun həyata keçirilməsi sahəsində mühüm işlər həyata keçirilir:

“Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir”.