Azərbaycanda səfirliyin qadın katibi qəzaya düşübbackend

Azərbaycanda səfirliyin qadın katibi qəzaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi “Nissan” markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.