Azərbaycan səhiyyəsi və koronavirus tandemi: Dərman baha və tapılmır – SOS!backend

Azərbaycan səhiyyəsi və koronavirus tandemi: Dərman baha və tapılmır – SOS!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada olduğu kimi artıq Azərbaycanda da koronavirus (COVİD-19) virusuna yoluxma sürətlə artmaqdadır. Görülən tədbirlər, tətbiq edilən kartantin qaydaları elə də bir ciddi nəticə vermir. Artıq yoluxma göstəricisi ölkəmizdə günlük olaraq 5 minə yaxınlaşmaqdadır. 

NOCOMMENT.az xəbər verir ki, artıq koronavirus testlərinin həyata keçirilməsi və dərmanların alışı ilə bağlı həyacan təbili çalınmalıdır.

Belə ki, koronavirus ilə bağlı testlər özəl klinikalarda həyata keçirilir ki, bunun da bir nəfər üçün COVİD-19 testinin qiyməti 100-140 manat arası dəyişir. Xəstəxanalarda yer yoxdur, təcili tibbi yardım maşınları çağırışlara vaxtında gələ bilmir və ya bəzən isə heç gəlmirlər. Virus aşkar olunan xəstələrin böyük əksəriyyəti evlərdə müalicə almaq məcburiyyətində qalırlar ki, bu zaman lazım olunan aidiyyatı dərmanlar tapılmır. Bəzi işbazlar vasitəsilə “qarabazar”da satışı təşkil olunan dərmanların qıiməti isə olduqca bahadır. Bu isə onsuz da pandemiyadan əziyyət çəkən işsiz və ya gəlirləri minimuma düşən insanlara ciddi narahatçılıqlar yaradır.

Azərbaycanın səhiyyə sisteminə məsul şəxs kimi Səhiyyə naziri Oqtay Şirəliyev isə dövlətin və xalqın bu ağır günlərində ictimaiyyət arasına çıxmır, heç bir açıqlamalar vermir və özünü bu xalqın bir üzvü kimi təqdim etmir. 

Bu gün ətrafımızda olan hər kəs ya ailə üzvləri, ya da yaxınlarından koronavirus pandemiyasından əziyyət çəkdiyinin şahidi ola bilərik.

Apteklərdə koronavirus ilə mübarizədə ilkin müalicə üçün tətbiq olunan dərmanların tapılması ciddi çətinlik yaradıb. Bu gün Favipiavir və Favivir tablet və iynələri istehsalçı ölkədən asılı olaraq müxtəlif qiymətlərə satılır. Virusa yoluxmuş insanların dərmanları tapması olduqca müşkül məsələyə çevirilib. Qeyd olunan dərmanların qara bazarda qiymətləri 500-650 manat arasında dəyişir ki, bu da hər kəsin ala biləcəyi qiymət deyil. O zaman maddi durumu və gəliri aşağı olan əhali qrupu nə etməlidir? Qazanan isə dərman biznesi ilə məşğul olan işbazlardır. Aidiyyatı hüquq mühafizə və xüsusi xidmət orqanları bu məsələni nəzarətə götürməli və diqqətdə saxlamalıdır. 

Səhiyyə Nazirliyi və TƏBİB koronavirusla mübarizə istiqamətində karantin qaydalarının sərtləşdirilməsi, özünümüdafiə ilə bağlı təklifləri ilə yanaşı virusa yoluxmuş insanların müalicəsi istiqamətində əməli işlərini bir qədər də artırmalıdılar.

COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsinə dəstək məqsədilə dərmanların pulsuz və ya əlçatan qiymətə satışının təşkil edilməsi bu istiqamətdə atılmış ən doğru addımlardan biri olardı. 

Bu gün Azərbaycan Səhiyyəsinin koronavirusla mübarizədə kifayət qədər dövlət dəstəyi var və bu məsələ ölkə rəhbərliyinin diqqətindədir.

Bəs görəsən Səhiyyə naziri Oqtay ŞirəliyevTƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı sözügedən virusun sürətlə yayıldığı, dərmanların tapılmaması, tapıldıqda isə olduqca baha qiymətə satılması ilə bağlı hansı fikirdədilər? Hökumətə hansı təklifləri veriblər? Bu gün yoluxmalar və virusdan ölüm halları sürətlə artmaqdadır. 

Belə getsə Azərbaycanda koronavirus pandemiyasından ölənlərin sayı yaxın bir neçə aya Vətən Müharibəsində ölənlərin sayından çox olacaq.  

NOCOMMENT.az