Azərbaycanda şəkər bahalaşa bilər – SƏBƏBbackend

Azərbaycanda şəkər bahalaşa bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin şəkər ixracına tətbiq etdiyi məhdudiyyətlər beynəlxalq birjalarda bu məhsulun qiymətinin son 6 ilin ən yüksək səviyyəsinə çatmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Misir şəkərin yaxın 3 ay ərzində ixracını məhdudlaşdırılıb.

Misir hökumətinin bu qərarının təxminən 250 min ton şəkər ticarətinə təsir edəcəyi gözlənilir. Qərarın qəbulundan sonra ağ şəkərin qiyməti Londonda 2,2 faiz artıb.

Dünyada şəkərin bahalaşması Azərbaycana da təsir edə bilər. Çünki Azərbaycan istehsal etdiyi şəkərin xammalının 90 faizindən çoxunu xaricdən alır. Əgər xaricdə şəkər qiymətlərində yüksəliş davam edərsə, böyük ehtimalla Azərbaycanda da şəkərin qiyməti artacaq.

Sfera.az