Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % çox sənaye məhsulu istehsal edilib.
Bu barədə NOCOMMENT.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,5 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.
Sənaye məhsulunun 64 %-i mədənçıxarma sektorunda, 30,3 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 6,8 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 %, mebel istehsalı 40,7 %, hazır metal məmulatlarının istehsalı 38,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 %, elektrik avadanlıqlarının istehsalı 29,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 22,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 %, tikinti materiallarının istehsalı 19,6 %, içkilərin istehsalı 18,1 %, tütün məmulatlarının istehsalı 14,3 %, kimya sənayesi məhsullarının istehsalı 10,3 %, kağız və karton istehsalı 9,7 %, qida məhsullarının istehsalı 8,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 %, geyim istehsalı 3,9 %, neft məhsullarının istehsalı 2,6 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,2 % artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 4,8 %, sair sənaye məhsullarının istehsalı 6,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8 %, poliqrafiya məhsullarının istehsalı 24,9 %, maşın və avadanlıqların istehsalı 43,2 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 % artıb.