Azərbaycanda sərt karantin gəlir, əgər… – Əhaliyə MÜRACİƏT EDİLDİbackend

Azərbaycanda sərt karantin gəlir, əgər… – Əhaliyə MÜRACİƏT EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxma və ölüm halları günü-gündən artır. Bu da insanların qaydalara ciddi yanaşmamaları və vaksinasiya prosesində fəal iştirak etməmələri ilə bağlıdır”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib.

O qeyd edib ki, son zamanlar Türkiyədə yoluxma və ölüm halları sürətlə artır. Həkim xatırladıb ki, qardaş ölkədə gündəlik yoluxma 60 mindən, ölüm halları isə 300-dən çoxdur: “Bu səbəbdən bəzi ərazilərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Əgər Azərbaycanda da yoluxma və ölüm sayında artım müşahidə olunsa, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər. Ona görə də vətəndaşlara müraciət edirəm ki, hər kəs vaksinasiya olunsun, qoyulan qaydalara ciddi yanaşılsın, qoruyucu maskalardan mütəmadi istifadə edilsin. Əgər hər hansı xəstəliyin peyvəndi mövcuddursa, bu sevindirici haldır.

Hazırda Ramazan ayıdır. Yaxşı olardı ki, insanlar iftar süfrələrini öz evlərində yalnız ailə üzvlərinin iştirakı ilə açsınlar. Qaydalara ciddi riayət edilərsə, yoluxma sayında azalma olar və sərt karantin rejiminə keçidə ehtiyac qalmaz”.