Azərbaycanda sərt karantin rejiminə yenidən qayıdıla bilər – Deputatbackend

Azərbaycanda sərt karantin rejiminə yenidən qayıdıla bilər – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi dünən yoluxanların sayı kəskin artıb. Yoluxanların sayı artma dinamikası ilə davam edərsə, yenidən qapadılmağa gedilə bilərmi?

NOCOMMENT xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, 175 o qədər də çox artım deyil: “Yumşalmalara gedilən zaman yoluxmaların sayının artması gözlənilən idi. Bundan əlavə bu gün hələ də vəziyyətin ciddiliyini anlamayan və qoyulan qaydalara əməl etməyən insanlar var. Əgər yoluxanların sayı kəskin artarsa yenidən qapadılmağa doğru gedilə bilər. Amma inanmıram ki, yoluxanların sayı bu ərəfədə sürətlə arta.

Təbii ki, bu məsələdə insanlarımızın məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməsi vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, yenidən yoluxanların sayı artmasın. Çünki yoluxanların sayının artması yenidən qapadılmağa səbəb ola bilər. Təbii ki, bunu heç birimiz arzulamırıq”.