Azərbaycanda şirkət bütün filiallarını bağladı, işçilərini ikiqat azaltdıbackend

Azərbaycanda şirkət bütün filiallarını bağladı, işçilərini ikiqat azaltdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AXA MBASK” sığorta şirkəti işçilərinin sayını bu ilin əvvəlindən 2 dəfəyə yaxın azaldıb.

NOCOMMENT.az xəbər verir ki, “AXA MBASK”da işçi sayı 2020-ci ilin əvvəlində 24-dən 13 nəfərə düşüb. Səhmdarlarının ümumi yığıncağının qərarına əsasən 6 ayda sığorta şirkətinin bütün filial və nümayəndəlikləri ləğv edilib.

Bundan əlavə, nizamnamə kapitalının azaldılması, İdarə Heyətinin üzvü Seda Bora vəzifədən azad edilməsi və Təftiş Komissiyasının sədri Özləm Zamanın yenidən təyin edilməsi qərara alınıb.

Xatırladaq ki, “AXA MBASK” sığorta şirkəti 1992-ci ildə qeydiyyata alınıb. Şirkətin səhmləri 100 %-lik payla İspaniyada yerləşən “Axa Seguros Generales Sa De Serguos Y”yə aiddir. “MediaPost”