Azərbaycanda ŞOK: 14 yaşlı qız ərə getmək üçün evdən qaçdı – VİDEObackend

Azərbaycanda ŞOK: 14 yaşlı qız ərə getmək üçün evdən qaçdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 14 yaşlı qızı evlənmək məqsədilə qaçıran 16 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, Ağcabədi rayon Hacıbədəlli kənd sakini olan 16 yaşlı Hüseyn Paşayevə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, Hüseyn “TikTok” sosial şəbəkəsində Quba rayon sakini olan 14 yaşlı qızla tanış olublar. Onlar 2023-cü ilin sentyab ayından etibarən bir müddət telefonla əlaqə saxlayıblar və ailə qurmaq qərarına gəliblər. Bundan sonra yeniyetmə qız Qubadakı evlərini özbaşına tərk edərək, Bakıya qaçıb. Hüseyn də avtobusla Bakıya gəlib və onlar Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görüşüblər.

Daha sonra yeniyetmələr birgə Ağcabədinin Hacıbədəlli kəndinə gediblər və orada intim münasibətdə olublar. Oğlunun qız qaçırdığını görən Hüseynin anası qızın valıideynlərinin nömrəsini alaraq onlara zəng vurub. Bundan sonra itkin kimi axtarılan qızın valideynləri gələrək, onu Qubaya aparıblar.

Cinayət işi üzrə keçirilən məhkəmədə yeniyetmə qız Hüseynin hərbi xidmətdən qayıtmasından sonra rəsmən evlənəcəklərini deyib və şikayətçi olmayıb. 16 yaşlı Hüseyn sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.