Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmayıb – FOTObackend

Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb.

NOCOMMENT.az  xəbər verir ki, son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 197 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 920 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 515, bu günə qədər isə ümumilikdə 3 606 364 test icra olunub.