Azərbaycanda suçiçəyi peyvəndi məcburi olacaq? – TƏBİB-dən açıqlamabackend

Azərbaycanda suçiçəyi peyvəndi məcburi olacaq? – TƏBİB-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib: “Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb.

Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin milli peyvənd təqviminə salınması əhəmiyyətlidir”.