Azərbaycanda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlanıbbackend

Azərbaycanda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 576 test edildiyi, indiyə qədər 552 311 test aparıldığı bildirilib.

Məlumata görə aktiv xəstə sayı 8 605 nəfərdir, onlardan 343 nəfər reanimasiyadadır, 48 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib