Azərbaycanda taksi fəaliyyəti üçün icazə alanların sayı 6 mini ötübbackend

Azərbaycanda taksi fəaliyyəti üçün icazə alanların sayı 6 mini ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günədək Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6000-dən çox olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, taksi fəaliyyəti göstərmək üçün təlim keçən sürücülərin sayı 23 000-ni ötüb.

Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb.