Azərbaycanda taksilərin sayı iki dəfə AZALIBbackend

Azərbaycanda taksilərin sayı iki dəfə AZALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir. 

NOCOMMENT.az  xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.

O, mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı bildirib ki, əvvəl Bakıda təxminən 67-70 min taksi fəaliyyət göstərirdi: “Yaradılmış elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 minə yaxın taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”.

AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: “Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.

O qeyd edib ki, taksi və taksi sifarişi operatorlarının fəaliyyətinə icazə tətbiq edilib və 11 taksi sifarişi operatoruna artıq icazə verilib. Taksi daşımalarında 9001 buraxılış vəsiqəsi verilib, 8954-ü fərdi sahibkar, 47-i hüquqi şəxs olub.

Anar Rzayev qeyd edib ki, 11.854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib, 683-ü hüquqi şəxslərə, 11.171 isə fərdi sahibkarlara məxsus olub.

“Nəqliyyat vasitələrinin 8367-nin (-71%) istehsal tarixi 2009-2015-ci illər, 3487-nin (-29%) istehsal tarixi isə 2016-2024-cü illər arasında olub”, – Anar Rzayev bildirib.

O əlavə edib ki, 25.084 nəfər təlimə cəlb olunmuş, 23.434 nəfər təlimi bitirərək şəhadətnamə alıb.