Azərbaycanda tanınmış jurnalist və ailəsi koronavirusa yoluxdubackend

Azərbaycanda tanınmış jurnalist və ailəsi koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı baş redaktorun özü Feysbuk hesabında paylaşıb.

Əziz dostlar!Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter…

Gepostet von Ilham Quliyev am Montag, 22. Juni 2020

“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!”, – deyə İ.Quliyev paylaşımda qeyd edib.