Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlandıbackend

Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 2022-2023-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə NOCOMMENT-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.